Çin hökuməti yerli kriptovalyuta birjalarına ticarəti dayandırmağı və istifadəçiləri bu barədə barədə xəbərdar etməyi tapşırıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, hökümət sentyabrın 15-də kriptovalyuta birjalarına əməliyyatların dayandırılmasında dair qərar verib.
Sözügedən qərarda bildirilib ki, əməliyyatlarla bərabər yeni istifadəçilərin qeydiyyatı dayandırılmalıdır.
Qeyd edək ki, "JPMorgan Chase & Co" nun rəhbəri CEO Ceyms Daymon bir qədər əvvəl kriptovalyutaların sonunun yaxşı olmayacağını bəyan edib.
Onun sözlərinə görə, "Bitcoin" "fırıldaqçılıq"dır: "Əgər hər hansı JPMorgan traderi "Bitcoin" əməliyyatında iştirak edərsə, bir saniyə belə düşünmədən onu işdən çıxaracam. "Bitcoin" bizim qaydalarımıza ziddir".
L.Ə.