“Bank of America Merrill Lynch” (BofAML) Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2017-ci il üçün 50 dollara, 2018-ci il üzrə isə 52 dollara endirib.
Oxu.Az xarici mətbuata istinadən bildirir ki, BofAML həmçinin WTI markalı neftin qiyməti ilə bağlı proqnozunu 2017-ci il üzrə 47 dollara, 2018-ci il üzrə 50 dollara salıb.
BofAML bunu neft təchizatının yüksəlməsi, tələbin isə azalması ilə izah edib.
L.Ə.