Bakının daha iki küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 11:00-dan etibarən, Hüseyn Seyidzadə və Cavadxan küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Digər məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, Afiyəddin Cəlilov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Mehdi Mehdizadə küçəsindən və Xocalı prospektindən istifadə etmələri tövsiyə olunur.