Avqustun 31-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Dəmir İnvestisiya Şirkəti” QSC-nin AZ1001019731 dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 10 min manat olan 23 ədəd səhmlərin emissiyasının yekunları haqqında hesabat təsdiq edilib.
Bu barədə Palatadan Oxu.Az-a bildirilib.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.
Ülviyyə R. Əli
www.oxu.az