Sosial şəbəkələrdə qeyd olunur ki, bu gün səhər saatlarından etibarən bir çox abonentlərin mobil nömrəsinə 9944 nömrəsindən dolların alış və satış qiyməti ilə bağlı maraqlı mesaj daxil olub.
Oxu.Az xəbər verir ki, mesajda Mərkəzi Bankın müəyyən etdiyi məzənnədə dolların alış qiymətinin 1,6362 olduğu qeyd olunur. Bazarda isə qiymətin 1,785-1,87 arası olduğu vurğulanır.
Qeyd edək ki, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4% fərqlənə bilər, yəni 1,7016 ola bilər. Deməli, söhbət banklardan deyil, “qara bazar”dan gedir.
Sosial şəbəkə istifadəçilərini narahat edən məsələ isə “qara bazar”da dolların qiymətinin artıq reklam olunmasıdır.
Ekspertlərin bəziləri isə hüquq-mühafizə orqanlarını bu məsələyə reaksiya verməyə çağırıb.
Ülviyyə R. Əli
www.oxu.az