Daim müştəri məmnuniyyətini diqqət mərkəzində saxlayan “DəmirBank” bir neçə istiqamətdə müştərilərə fasiləsiz xidmət təklif edir.
Belə ki, müştərilər həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) bankın “149 - Məlumat Mərkəzi” və Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialının xidmətlərindən yararlana bilərlər.
Məlumat mərkəzinə zəng etməklə bankın göstərdiyi xidmətlər, məhsullar, cari aksiya və kampaniyalar haqda ətraflı məlumat əldə etmək mümkündür. Müştərilər istənilən vaxt Məlumat Mərkəzinə müraciət edərək yaranmış sual, təklif və şikayətləri bildirə bilərlər.
Bankın “Mərkəz” filialında müştərilər istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, valyuta mübadiləsi, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə İnternet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqqlarını ödəyə bilərlər.
Bundan əlavə, “DəmirBank”ın bütün filialları nahar fasiləsi daxil olmaqla saat 09:00-dan 18:00-dək xidmət göstərirlər.
Bakı və regionlarda geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, “DəmirBank” regionlarda da fasiləsiz müştəri xidmətinin inkişafına önəm verir.
Belə ki, Bankın Göyçay filialı müştərilərin rahatlığı üçün şənbə günləri də saat 09:00-dan 13:00-dək fəaliyyət göstərir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi (012) 149
U.A.
www.oxu.az