“DəmirBank” təklif etdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və rahatlığının təmin edilməsi məqsədilə daim yeniliklər tətbiq etməkdədir.
Bunlardan biri Bankın filiallarında müştərilərə pulsuz “Wi-Fi” qoşulmaq imkanının yaradılmasıdır. Hazırda müştərilər “DəmirBank”ın istənilən Bakı şəhər filialında pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. “Wi-Fi” qoşulmaq üçün tələb olunan şifrə Q-matik - elektron növbə sistemindən çıxan qəbzdə qeyd olunur.
Belə ki, qeyd olunan xidmət müştərilərəheç bir zaman itkisi olmadan təcili onlayn əməliyyatları həyata keçirmək, eləcə də gözləmə vaxtının maraqlı keçirilməsinə imkan yaradır.
Hər zaman müxtəlif yeniliklərlə müştərilərini sevindirən “DəmirBank” qısa zamanda müştərilərin istifadəsinə yeni innovativ xidmətləri təqdim edəcəkdir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149
U.A.
www.oxu.az