2026-cı il dövlət büdcəsində Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinə 21.3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Bu məbləğ 2025-ci illə müqayisədə 2 milyon manat və ya 10.2% çoxdur.