Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Diqlas”dakı sahibkarlar üçün təklif edilən güzəştli yerlər açıqlanıb
İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlar üçün beş ay icarə haqqı ödəməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.
Həmin yerlər aşağıdakılardır:
Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (telefon: (055) 297-11-11);
Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Rauf Əliyev (telefon: (050) 796-55-55);
“Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. Əlaqələndirici şəxs: Fərid Mahmudov (telefon: (050) 211-81-89), Qabil Nəhmədov (telefon: 050) 213-33-68);
AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (telefon: (055) 313 8118);
S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (telefon: (050) 725-06-60);
İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (telefon: (055) 255-80-07).