ABŞ Mərkəzi Bankının dünən gecə açıqladığı son iclasının protokolları qlobal səviyyədə dolların ucuzlaşmasını sürətləndirib.
Oxu.Az xəbər verir ki, protokollardan sonra dollar avroya nisbətdə son iki ayın ən yüksək düşüşünü yaşayıb.
Nəzərə çatdıraq ki, protokolların açıqlanmasından əvvəl avro/dollar nisbəti 1,1798 səviyyəsində olsa da, protokollardan sonra bu nisbət 1,1820 səviyyəsinə yüksəlib.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankının pul siyasətini müəyyən edən 9 FOMS üzvü dekabrın 12-13-də bir araya gələcəklər. Bazarların bu toplantıda faiz artımı ilə bağlı gözləntiləri 91,5 faizə yüksəlib.
L.Ə.