Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az azn.az-a istinadən xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6950 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6970 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “TuranBank”dadır. Bu bankda dolların alışı 1,6950 AZN təşkil edir. Sərfəli satış isə “Azər Türk Bank” da aparılır. Bankda dolların məzənnəsi 1,6970 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Amrahbank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,933 AZN-dir. Avro bölgəsinin valyutasının ən sərfəli satışı “DəmirBank” həyata keçirilir - 1,936 AZN.

L.Ə.