ABŞ-ın Əmək Nazirliyi ölkədə maaş artımlarının gözləntiləri qarşılamadığını açıqlayıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, kənd təsərrüfatı xarici məşğulluq iyunda 222 min nəfər artıb. Gözlənti isə 178 min nəfər təşkil edirdi. İşsizlik nisbəti 16 ilin ən aşağı səviyyəsinə - 4.3%-dən 4.4%-ə yüksəlib.
Saatlıq orta qazanclar aylıq 0.2%, illik 2.5% artıb. Gözlənti aylıq 0.3%, illik 2.6% idi.
Qeyd edək ki, Əmək Nazirliyinin açıqladığı göstəricidən sonra dolların məzənnəsi zəifləyib. Məzənnə 1.1440 dollar təşkil edib.

L.Ə.