2026-cı ilin ilk yarısında dövlət büdcəsindən səhiyyə sahəsinə 591.6 milyon manat xərclənib.
Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səhiyyə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 201 milyon manat və ya 25.4 faiz azalıb.
Hesabat dövründə təhsil xərcləri 2 milyard 400.1 milyon manat təşkil edib və 9.2 faiz artıb.
Sosial müdafiə və sosial təminat xərcləri isə 2 milyard 359.8 milyon manat olmaqla 7.4 faiz artıb.
Qaynar xətt:
(055) 224 12 12