Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dövlət Neft Fondunun 30 ton qızılı var
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 30 tona çatdırıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, SOFAZ tərəfindən alınmış qızılın miqdarı hazırda ümumilikdə 970145,5 troya unsiyası və ya 30174,9 kq olub.
Xatırladaq ki, SOFAZ tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına start verilib və qızılın ölkəyə gətirilməsinə 2013-cü ildən başlanılıb. Bu ilin dekabr ayının sonuna qədər 643450,640 troya unsiyası və ya 20013,55 kq qızıl ölkəyə gətirilib.
Qeyd edək ki, SOFAZ-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.
www.oxu.az