Elton Hüseynəliyevin başına iş gəlib.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda “Pərdə” verilişinə müsahibəsində belə deyib:
“Toyda ev yiyəsi və qohumları müdaxilə etməyə çalışdılar. Kəllə vurdular. Mən də qaçıb küçəyə çıxdım və zala qayıtmadım. Heç bir qarşılıq vermədim. Çünki ertəsi gün başqa məclisə getməliydim. Üzümün pis hala düşməsini istəmirdim. Məsələni cangüdənlər həll etdilər. Həmin kəllədən sonra burnumda çəpər əyriliyi yaranmışdı”.
Artıq burun əməliyyatı etdirən Elton rahat nəfəs almağın sevincini yaşayır:
“Çox narahat idim. Bütün günü əsəbi halda gəzirdim. Hətta telefonla da danışa bilmirdim. İndi isə yaxşıyam. Buradan mobil nömrəmi açıq-aşkar deyirəm. İstəyən yığsın, danışaq. (050) 405-00-00”.
Aytən Sadıqzadə
www.oxu.az