ABŞ və İran arasında sülh danışıqlarında irəliləyiş ümidləri fonunda çərşənbə günü səhər neft qiymətləri enməyə davam edir.
Bu barədə Oxu.Az "İnterfaks"a istinadən məlumat verir.
Londonun "ICE Futures" birjasında oktyabr ayı üçün "Brent" markalı xam neftin füçersləri, Bakı vaxtı ilə saat 9:06-a olan məlumata əsasən, ötən ticarət sessiyası ilə müqayisədə 0.35 dollar (0.44%) ucuzlaşaraq bir barel üçün 79.01 dollara satılıb. Qeyd edək ki, çərşənbə axşamı bu göstərici 4.41 dollar (5.3%) geriləyərək 79.36 dollar səviyyəsində qərarlaşmışdı.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində sentyabr ayı üçün WTI xam neftin füçersləri 0.49 dollar (0.65%) azalaraq bir barel üçün 75.28 dollara düşüb. Əvvəlki ticarət sessiyanın nəticələrinə görə, həmin markalı neftin qiyməti 4.57 dollar (5.7%) azalmaqla 75.77 dollar təşkil etmişdi.