2017-ci ilin birinci rübündə dünyada borc rekord həddə - 217 trilyon dollara çatıb.
Oxu.Az xəbər verir ki, bu da qlobal ÜDM-in 327 faizi deməkdir. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, borc yükü ölkələr üzrə bərabər paylanmayıb. Belə ki, bəzi ölkələrin borcu sürətlə artdığı halda, bəzilərində azalır. Bu da iqtisadi artıma mane olmaqla bərabər, maliyyə sabitliyi üçün risklər yaradır.
Cari ilin birinci rübündə Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələrin ümumi borcu 900 milyard dollar artaraq 23,6 trilyon dollar olub. Artımda Brazilyanın payı yüksək olub. Ölkənin borc öhdəliyi 600 milyard dollar artaraq 3,63 trilyon dollar olub. Hindistanın borcu 200 milyard dollar artıb və 2,9 trilyon dollara çatıb.
Dünya üzrə borc öhdəliyinə hökumətlərin, şirkətlərin, bankların və ev təsərrüfatlarının borcu daxildir.
L.Ə.