Milyarderlərin həyat tərzi hər zaman müzakirə mövzusu olub.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, onlardan bəziləri gözlərdən uzaq qalmağa üstünlük verir, bəziləri xərclərini sərgiləməkdən çəkinmirlər.
Kübar cəmiyyətin məşhur simalarından olan Joyslin Uildensteyndən başlayaq. 1999-ci ilə qədər iş adamı, milyarder Alek Uildensteynlə evli olan 76 yaşındakı kübar məşhur estetik əməliyyatlara marağı ilə tanınır.
Yalnız qüsurlu estetik əməliyyatlarını düzəltmək üçün 4 milyon dollar pul xərcləyib. Onun pəhriz xərci isə 547 min dollardır.
Dünyanın ən varlı sakini Bill Qeyts inkişaf etməmiş ölkələrdə xəstəliklərin müalicəsi üçün qurduqları fonda hər il 3 milyard dollar bağışlayır. Amma onun da qəribə xərcləri var.
Məşhur kəşfçi Leonardo da Vinçiyə aid elmi gündəlikləri – “Codex Leicester”i 1994-ci ildə 30.8 milyon dollara satın almışdı. O, gündəliyi yüksək texnologiyalı sensorlarla qorunan, daxili dekorasiyası tək tıkla dəyişən 120 milyon dollarlıq evində saxlayır.

Qeyd edək ki, evdə 6 mətbəx, 24 hamam, 23 qaraj, sualtı musiqi sistemi və Karib adalarından gətirilən qumla yaradılmış çimərlik da mövcuddur.
Səudiyyənin kral ailəsinin üzvü Əl Vəlid bin Talal da ilginc xərcləri ilə daim gündəmə gələnlərdəndir.
Məsələn, iş adamı “Ducati” motosikletinə 4.8 milyon dollar verib. Bundan başqa, motosikletin üzərini bütöv “Svarovski” daşları və almazlarla bəzəyib. Əl Vəlid motosikletini kələ-kötür yollarda, ictimai yerlərdə sürmür.
Əl Vəlid bin Talalın “Airbus” şirkətinin istehsal etdiyi 400 milyon dollarlıq, 800 nəfər sərnişin tutuan “A380” təyyarəsi də var. Təyyarənin içərisinin dizaynına xərclədiyi 100 milyon dolları da nəzərə aldıqda, havada yarım milyard dolların uçduğunu demək olar.
İlginc xərclərdən danışanda bu ilin əvvəlində 102 yaşında vəfat edən Devid Rokfelleri unutsaq, haqsızlıq olar. Dünya iqtisadiyyatında mühüm yer tutan Rokfellerin mirasında maraqlı kolleksiya yer alır.
Bu da təbiətdəki nadir böcəklərin kolleksiyasıdır. Rəhmətlik Rokfeller kolleksiyasındakı bir böcəyi 1 milyon dollara alıbmış. Kolleksiyanın ümumi dəyəri isə bilinmir.

“Oracle”nin yaradıcısı Larry Ellison - simpatik milyarder.
O, 20 milyon dollarlıq evinin arxasındakı tennis kortuna və hovuza enmək üçün xüsusi teleferik quraşdırdıb.

Bu, Ellisonun yeganə çılğın xərcləməsi deyil. Havayda Lanai adasını 500 milyon dollara satın alıb.
4 dəfə evlənən və 16 uşağa sahib olan 95 yaşındakı Hong Konqlu iş adamı Stanley Ho trüfel göbələklərinə maraq göstərir.

O, 1.5 kiloqramlıq ağ trüfel göbələyinə 330 min dollar ödəyib.
Bruney sultanı Hassanal Bolkiah Muizzaddin Uaddaulahın sərvəti tam olaraq bilinmir. Amma kral ailəsinin 150 milyard dollardan çox sərvəti var.

70 yaşındakı Sultan “Disneyland”ə bənzər tematik parka 3 milyard dollar xərcləyib.Park 1994-ci ildən xalqa açıqdır.

“Tesla”nın qurucusu və rəhbəri Elon Musk kosmosa belə investisiya yatırıb.
O, Ceyms Bond filminin çəkilişlərində istifadə edilən 1976-cı il istehsalı olan “Lotus Esprit”i 886 min dollara alıb.

Çinli iş adamı Liu Yiqian təxminən 1.5 milyard dollarlıq sərvəti ilə sənətə sərmayə qoyur. Məsələn, 500 illik fincana 21 milyon sterlinq ödəyib.

Liu Yiqianın səs gətirən xərcləməsi isə Amedeo Modiglianinin rəsminə 170 milyon dollar ödəməsidir. İş adamı ödəməni kredit kartı ilə aparıb.
Kosmetika şirkətinin sahibi Ronald Lauder də rəsm əsərlərinə sərvət xərcləyir.

Dünya Yəhudi Konqresinin rəhbəri olan Lauder Qustav Klimtin məşhur tablosuna 135 milyon dollar ödəyib. O, kolleksiyasına ümumilikdə 650 milyon dollar xərcləyib.

Rus milyarder Mixail Proxorovun ən böyük marağı isə idmanadır.
2.03 sm boyu olan milyarder “Oynamıramsa, o halda satın alaram” deyərək, “Nyu-Cersi Nets”in səhmlərinin 80 faizini alıb.
L.Ə.