Daha öncədən xəbər verildiyi kimi oktyabr ayının 1-dən Azpetrol şirkəti Premium Euro-95 yanacağının qiymətini endirib.
Şirkətdə bunun dünya neft bazarında qiymətlərin enməsi ilə əlaqədardır.
“Ölkəmizdə azad bazar münasibətləri mövcuddur, ona görə də şirkət xüsusi qiymət siyasəti həyata keçirə bilər: Premium-95 markalı yanacağının qiymətinin endirilməsi və ya yüksəldilməsi dövlət tərəfindən tənzimlənmir”.
Oxu.Az-a bu barədə Azərbaycan Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
“Avtomobil sürücüləri üçün bu yaxşı xəbərdir – qiymətin enməsi maliyyəyə qənaətə imkan verəcək, amma ümumi ölkə miqyasında götürsək, bu qiymət endirilməsi istehlakçı bazarında əks olunmayacaq”.
Ekspertin qeyd etdiyi kimi, Premium-95-in qiymətinin son dəfə 2014-cü ilin avqustunda qalxmasından sonra bu növ yanacağa olan tələbat tamamən azalıb.
“Premium-95 yanacağının istehlakçı “yanacaq” səbətində heç də gözəçarpacaq dərəcədə deyil, o 10%-dən azdır. Təəssüf ki, daha dəqiq rəqəmlər əlimizdə yoxdu, belə ki, bu işlə ixtisaslaşdırılmış yanacaq agentlərinin məşğul olduğu, qonşu Gürcüstandan fərqli olaraq bu bazarın real statistikası yoxdur”, - ekspert yekunlaşdırıb.
Gülnarə Zeynalova
www.oxu.az