Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir. Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir.
Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər:
“Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin - təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır”.
E.Ə.
www.oxu.az