Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Bosniya və Hersegovinanı “Türk axını” layihəsinə qatılmasını dəstəkləyib.
RİA Novosti-nin xəbərinə görə, gaz borusunun bu balkan ölkəsindən keçməsi üçün Ankara hərtərəfli dəstək verməyə hazırdı.
Ərdoğan qeyd edib ki, Bosniyanın iqtisadi inkişafı layihənin stabilliyinə kömək edəcək.
“Türk axını” – Rusiyadan Türkiyəyə və daha sonra Avropaya çəkilən qaz kəmərinin layihəsidir.