Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan: TANAP ölkələrimiz arasında köklü dostluğun simvoludur - VİDEO
Tarixi bir ana şahidlik edirik. Yeddi il yarımlıq bir prosesi müvəffəqiyyətlə taclandırmağın qürurunu yaşayırıq.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Ədirnə vilayətinin İpsala rayonunda TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb TAyyib Ərdoğan dilə gətirib.
Prezident bildirib ki, bu, bir həmrəylikdir və bu həmrəyliyin adı sülhdür:
“Bu layihə ölkələrimiz arasında köklü dostluğun simvoludur. Regional və sülh layihəsidir. Layihənin müvəffəqiyyət qazanmasında istehsalçı, tranzit və isteklakçı ölkələr arasındakı əməkdaşlıq kilid rolu oynadı.
Dəyərli qardaşım Əliyevin maraq göstərməsi, Gürcüstan rəhbərliyinin əməkdaşlığı ilə TANAP-ı bugünkü mərhələyə gətirdik. Bu gün birlikdə sərf olunan əməyin boşa getmədiyini görürük”.
Ərdoğan vurğulayıb ki, bu gündən Azərbaycan qazı Türkiyə üzərindən 20 vilayət, 67 rayon və 600 kənddən keçərək, Avropanın qapısına çatıb:
“16 milyon kubmetrlik Azərbaycan qazının Türkiyədən keçib Avropaya çatması xəyalı artıq gerçəyə çevrilib”.
"Türkiyə" teqi üzrə xəbərlər
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Türkiyə-İsrail qarşıdurması mümkün olacaq?
- Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
- Türkiyədə fabrikdə güclü partlayış: Çoxlu sayda ölən var
- Ərdoğan geniş heyətlə Suriyaya səfər edəcək