“Expressbank”ın keçirdiyi “Yeni il lotereyası”nın qalibləri artıq məlumdur. Bildiyiniz kimi, Yeni ilin gəlişi “Expressbank”ın plastik kart sahibləri üçün ikiqat bayrama çevrildi.
Belə ki, onlar gündəlik alış-verişlərini “Expressbank”ın ödəniş kartları ilə edərək xərclədikləri vəsaitin bir hissəsini geri almaqla yanaşı, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazandılar.
6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri arasında keçirilən “Expressbankın Yeni il lotereyası”nın qaliblərini və qazandıqları hədiyyələri təqdim edirik.
Quliyeva Teybə – “Samsung Galaxy Note Edge”
Bağıyeva Fatimə – “Samsung Galaxy Note Edge”
Əsgərova Leyla – “Samsung Galaxy S5 mini”
Nəbiyev Taleh – “Samsung Galaxy Tab 4”
Lotereyanın qaydaları və qaliblərin müəyyən edilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla tiraj komissiyası və dəvət olunmuş müstəqil KİV nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Qaliblər xüsusi kompüter proqramı əsasında təsadüfi qaydada seçiliblər. Onların hər birinə uğurlar və yeni nailiyyətlər arzu edirik.
Xatırladaq ki, “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində, “Expressbank”ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back).
Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
U.A.
www.oxu.az