Müxtəlif təcili pulköçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən “Expressbank” 2013-cü ildən etibarən “Zolotaya Korona” pulköçürmələri sistemi üzrə xidmətlər təqdim edir.
Hazırda “Zolotaya Korona” “Expressbank” müştərilərinin ən sevimli pulköçürmə sistemlərindən biridir. Belə ki, 2015-ci ilin son rübü ilə müqayisədə ötən ilin son rübündə “Zolotaya Korona” sistemi ilə pulköçürmələrin sayı 70% artıb. Bu artım müştərilərin “Expressbank”a bəslədiyi rəğbətinin bariz nümunəsidir.
Xatırldaq ki, “Expressbank”ın “Zolotaya Korona” pulköçürmələri sistemi ilə birlikdə xüsusi tarif əsasında həyata keçirdiyi aksiya hələ də davam edir. “Zolotaya Korona” pulköçürmələri sistemi ilə “Expressbank” vasitəsilə pul göndərən müştərilər xüsusi endirilmiş tariflə xidmət olunacaqlar.
Belə ki, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova ölkələrinə pul göndərən “Expressbank” müştəriləri bu əməliyyat üçün 0,8%-dən başlayan tariflərlə komissiya ödəyəcəklər. Pul köçürmələri USD, Rubl və Avro valyuta növlərində göndərilə bilər. Aksiya 28 fevral 2017-ci ilədək davam edəcək.
Ümumiyyətlə, “Expressbank”la təcili pulköçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə “Expressbank”ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən “Pul Kart” vasitəsilə qazanırlar.
“Pul Kart” müştərilərə hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsilə nağdlaşdırır, hətta öz vəsaitlərini də “Pul Kart”a yerləşdirə bilirlər.
Qeyd edək ki, “Expressbank”ın filiallarında digər təcili pulköçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin “Contact”, “Lider”, “IBA Express”, “Xəzri” və “Monex” təcili pulköçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az