“Expressbank”ın “2016 Olimpiya Oyunlarının ən yaxşı anlarından həzz al” şüarı altında Visa kartları ilə keçirdiyi stimullaşdırıcı lotereyasının qalibləri müəyyən olundu.
Sevindirici haldır ki, “Expressbank”ın bir müştərisi əsas hədiyyə olan “Panasonic Smart TV” televizoru, digər müştərisi isə “Samsung Galaxy” smartfonunu qazanıb. Hər iki qalibi təbrik edir və “Expressbank”la daha böyük uğurlara imza atacaqlarına inanırıq.
Xatırladaq ki, “Expressbank” mütəmadi olaraq müxtəlif növ məhsul, aksiya və müsabiqələr vasitəsi ilə müştərilərini nağdsız alış-verişə stimullaşdırmağa davam edir.
Bank-ın təqdim etdiyi “ExpressClub” xidməti də, məhz “Expressbank”ın plastik kartları ilə odəniş zamanı xərclənən məbləğin 20%-dək hissəsini müştəriyə geri qaytarmaqla həm müştərilərini nağdsız alış-verişə həvəsləndirir, həm də onlara pul qazandırır.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.
“Expressbank”ın digər xidmətləri barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A
www.oxu.az