Dövlət Yol Polisi cərimələrinin ödənişi üçün “ExpressPay” terminallarını seçən müştərilərin sayı artmaqdadır.
Siz də 24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500-dən artıq sayda quraşdırılmış “ExpressPay” ödəniş terminalları ilə günün istənilən vaxtında cərimələrinizi rahat və sürətlə ödəyə bilərsiniz.
Ümumiyyətlə, “ExpressPay” hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir.
Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi, gömrük və s. kimi dövlət rüsumlarını “ExpressPay” terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə, “ExpressPay” terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.
Bundan əlavə, ödəniş terminallarında “Expressbank”-a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.
2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500-dən artıq “ExpressPay” terminalları quraşdırılmışdır. Bu terminalları vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün “ExpressPay” ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə ismarıc yaza bilərlər.
Expressbank-ın xidmətləri və “ExpressPay” barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az