Məşhur Forbes jurnalı Rusiyanın 200 ən nəhəng özəl şirkətlərinin reytinqini hazırlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, jurnalın rəsmi saytına istinadən verdiyi məlumata görə, reytində birinci yeri azərbaycanlı biznesmen Vahid Ələkbərovun “Lukoyl” (2012-ci ilin nəticələrinə görə 3,6 trilyon rubl - 112 mlrd. dollar) şirkəti tutub.
İkinci yer daha bir neft şirkəti “Surqutneftqaz”a (850 milyard rubl) nəsib olub. Üçüncü yerdə telekommunikasiya operatoru “Vimpelcom” (717 milyard rubl) şirkətidir.