Sentyabrın 25-də Sabunçu rayonunda 38 yaşlı qadın özünü öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Alınmış məlumatlara görə, Bakıxanov qəsəbəsi, 29S nömrəli evdə 1975-ci il təvəllüdlü Musayeva Fərəh Adil qızı özünü asıb.
Məlumdur ki, qadın özünü uşaqlar evdə olarkən öldürüb. O, özünü dəhlizdə uşaqlar üçün quraşdırılmış turnikdən asıb.
Təhqiqat zamanı məlum olub ki, özünü öldürməzdən əvvəl qadın heç yerdə işləməyən əri ilə dava edib.
Musayeva beyin pozulmasından əziyyət çəkirmiş. Bunadək o, dəfələrlə intihara cəhd edib, damarlarını doğrayıb.