“Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun dəyişən nəqliyyat sxemində mühüm hissə və inkişaf edən Yeni İpək Yolunun üzərində istehsalat mərkəzi olacaq”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Forbes”in videosüjetində deyilir.
“Liman Qazaxıstandan Avropaya, Rusiyadan İrana iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sahəsi 20 kvadratkilometrdir və gələcəkdə burada Azad Ticarət Zonası yaradılacaq.
Gələcəkdə limanda yükaşırmaları il ərzində 25 milyon ton olacaq və bir milyona yaxın konteyner daşınması mümkün olacaq. Limanın birinci fazasının tikintisi 2017-ci ilə qədər tamamlanacaq və yükaşırma qabiliyyəti 11,5 milyon tona çatdırılacaq. Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq”, - deyə “Forbes” qeyd edib.
U.A.
www.oxu.az