Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.
Oxu.Az-ın məlumatına görə, müraciətdə növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorlara proporsional qaydada - 70 min manat ekvivalentində ödəniş, o cümlədən əvvəlki növbədə olan kreditorlara tam ödənişin bu gündən həyata keçiriləcəyi deyilir.
Bildirilir ki, bunun üçün Bankın Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrinə müraciət etmək lazımdır.
L.Ə.