Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən Oxu.Az-a bildirilib.
İdarəyə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən eyni mobil telefon markasının 3 modelinə aid olan 37 ədəd telefon aşkar edilib.
Digər bir məlumat əsasında “Sınıq Körpü” gömrük postunda gömrükçülər tərəfindən baxış keçirilən Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilindən isə mobil telefonlara aid 6 adda 104 ədəd aksesuarlar aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ülviyyə R. Əli
www.oxu.az