Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gözlər OPEK-in toplantısında
Bu günlərdə bütün dünyanın diqqəti OPEK-in qeyri-rəsmi toplantısına yönəlib.
Oxu.Az xəbər verir ki, neftin qiymətləri OPEK-in üzvləri olan Nigeriyanın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təşkilatın qeyri-rəsmi görüşünün neft bazarına sabitlik gətirəcəyi açıqlamaları ilə 46 dollar ətrafında tarazlanıb və sürətli dəyər itirməsini dayandırıb.
Birləşmiş Ərəb Əmirliyinin neft naziri Al Mansouri deyib ki, digər ölkələr neft hasilatını dondurmaq ilə bağlı qərar qəbul edərsə, onlar da bu addımı dəstəkləyəcək, amma istehsalın azaldılmasının müzakirə xaricindədir.
Nigeriyanın neft nazirliyindən Emmanuel İbe Kachikwu “Əminəm ki, bir anlaşma olacaq” deyib. Venesuelanın neft naziri Eulogio del Pino isə bildirib ki, əgər qeyri-rəsmi toplantıda bir razılıq olmayacaqsa, bu halda qiymətlər bir barelə görə 20 dollardan aşağı enəcək.
“Bloomberg” agentliyinin məlumatına görə, Bakı vaxtı ilə saat 11:44-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 45,63 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar azalaraq 46,95 dollar olub.
Ekspertlər isə vurğulayır ki, neft bazarına sabitlik gətirmək üçün OPEK-in qeyri-rəsmi toplantısında qərar qəbul edilməsi vacibdir və bazar bunu tələb edir.
Qeyd edək ki, OPEK-in üzvlərinin sentyabrın 26-28-də Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Formu çərçivəsində bir araya gələcəkləri gözlənilir.
U.A.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?