“Günəşli” yatağındakı 5-ci dərin dəniz özülündən 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Quyu gündəlik 85 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Xatırladaq ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.