“Günay Sığorta” şirkəti müştərilərinin rahatlığını təmin etmək və onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə www.gunaysigorta.az saytında müasir sığorta xidmətləri təklif edir. Belə ki, artıq müştərilər icbari sığortalarını onlayn əldə edə, icbari və könüllü sığorta haqlarını onlayn ödəyə və istədikləri vaxt “Şəxsi Kabinet” bölməsinə daxil olmaqla, ofisə yaxınlaşmadan sığorta müqavilələrini yoxlayıb, çap edə bilərlər.
Müştəri saytda "İcbari Sığorta" panelinə klik edərək, ofisə yaxınlaşmadan, bir neçə saniyə ərzində rahat şəkildə avtomobilinin icbari sığorta müqaviləsini əldə edə bilər. Bu xidmət müştərilərin öz vaxtlarına qənaət etməsinə səbəb olacaq.
Qeyd edək ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli, 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq, fəaliyyətə başlamışdır.
“Günay Sığorta” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər şirkətin 7/24 fəaliyyət göstərən məlumat mərkəzinə, (012) 990 telefon nömrəsinə zəng edə bilərlər.