2014-cü ilin aprelin 1-nə xalis xarici aktivləri 11 728,0 mln. manat, xalis daxili aktivləri isə 7 469,1 mln. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən pul icmalı barədə məlumat verilib.
Həmin göstəricilər əvvəlki ay ilə müqayisədə xarici aktivlərin 10% artırılması, daxili aktivlərin 13,2% azalmasını göstərib.
Hesabat dövrünə olan AMB-nin məlumatına görə, iqtisadiyyata kredit qoyuluşları 17 674, 7 mln. manat təşkil edib, bu da əvvəlki ay ilə müqayisədə 2,2% artıqdır.
AMB-nin pul icmalına əsasən, 1 aprel 2014-cü il tarixinə geniş pul kütləsi 19 377,0 mln. manat təşkil edib və əvvəlki aya nisbətən 0,5% çoxalıb. Milli valyutada geniş pul kütləsi 16 132,3 mln. manat təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az