“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova Danimarkada “Türk Günü” ilə bağlı keçirilən konsert proqramında çıxış edib.
Oxu.Az xəbər verir ki, Dilarə Kazımovanın çıxışı Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Azərbaycanlı musiqiçinin çıxışı böyük coşqu ilə qarşılanıb.
3 may – “Türk Günü” ilə əlaqədar Danimarkadakı Azərbaycan və Türk diaspor təşkilatlarının təşkil etdiyi tədbirdə Türkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez, Skandinaviya Ülkü Ocaqlarının sədri Bahadur Gülər, İsveçdə fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin sədri Leyla Kiani, Danimarkada çalışan tanınmış iş adamları, dövlət rəsmiləri, çox sayda media nümayəndəsi olmaqla ümumilikdə 1300 nəfərdən artıq qonaq iştirak edib.