Azərbaycan Mərkəzi Bankının (AMB) İrana 500 milyon dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-dən qeyd edilib ki, ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-na heç bir rəsmi müraciət daxil olmayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankının İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir.
Ülviyyə R. Əli
www.oxu.az