“2022-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 91 İsrail şirkət qeydiyyatdan keçib”.
Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-İsrail biznes forumunda məlumat verilib.
Qeyd edilib ki, onlar kənd təsərrüfatı, sənaye, tikinti və digər sahələr üzrədir.
Eyni zamanda, əlavə edilib ki, İsrailin Azərbaycanın qeyri-neft sektoruna 1995-2021-ci illər ərzində yatırdığı investisiyaların həcmi 24 milyon ABŞ dolları təşkil edib.
İlhamə Əbülfət