Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvləri ötən ay gündəlik neft hasilatını 90 min barel və yaxud 0,27% artıraraq 33 mln. barelə çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report Reuters agentliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, agentliyin bununla bağlı keçirdiyi sorğuda iştirak edənlərin əksəriyyəti OPEC üzrə hasilatın həcminin artmasının Liviya ilə bağlı olduğunu bildirib. Qeyd edək ki, Liviya OPEC+ neft hasilatının azaldılması anlaşmasında istisna ölkə statusuna malikdir.
Sorğunun nəticələri onu göstərib ki, iyul ayında OPEC+ anlaşması 84% yerinə yetirilib. Bu göstərici iyun ayında 77% təşkil edib. Belə ki, ötən ay Səudiyyə Ərəbistanı əvvəlki ayla müqayisədə gündəlik hasilatı 50 min barel azaldıb. Həmçinin iyul ayında Anqolanın hasilatı azaltdığı bildirilir.
L.Ə.