Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Kəlbəcər” adlı tanker istifadəyə veriləcək
Bakı Gəmiqayırma zavodunda növbəti tankerin tamamlanma işləri aparılır.
Oxu.Az xəbər verir ki, bunu Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir:
“Sözügedən tanker “Kəlbəcər” adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmisi var. Onlardan 12-si quru yük gəmisi, ikisi isə tankerdir”.
M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının tankerlərə verilən adları tamamlanır.
Könül Cəfərli