Fransada kərə yağı böhranı başlayıb.
Oxu.Az xəbər verir ki, supermarketlərin piştaxtaları artıq boşalıb. Ekspertlərin rəyinə görə, bundan əvvəl Fransada İkinci Dünya Müharibəsi dövründə belə bir böhran yaşanmışdı.
Qıtlığa səbəb isə istehsalın azalması, Avropa İttifaqında südə kvotanın tətbiqinin ləğv edilməsidir. Onu da qeyd edək ki, böhran yağın qiymətinin bahalaşmasına gətirib çıxarıb.
L.Ə.