"Fermerlər kabinetlərdə qəbullardan daha çox, kənd təsərrüfatı sahələrində olmalıdırlar".
Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, prosedur icra edilərkən sənədləşmə şəffaf olmaqla bərabər, həm də sadə olmalıdır ki, bürokratik əngəllər olmasın:
"Həm də ilkin olaraq daha çox kiçik və orta fermerlərə dəstək olmaq lazımdır ki, böyük fermerlər onları kölgədə qoymasınlar".