Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyənlərin nəzərinə!
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 18-20 iyul tarixlərində Şəki şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Qeyd olunur ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB FEST - Şəki" qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.
"KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka, həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə çağırıb
- Daha dörd KOB subyekti vergidən azad olundu
- KOBİA biznes biliklərinin artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox şəxs faydalanıb
- Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib
- KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb