İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Sabunçu və Nəsimi rayonlarında, Sumqayıtda, Ağdaşda, Sabirabadda və Füzuli rayonunda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, monitorinqlər zamanı 20 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.