Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyasının 13% səviyyəsində olacağını proqnozlaşdırır.
Oxu.Az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın proqnozunda deyilir.
Bankirlərin proqnozuna əsasən, 2018-ci ildə orta illik inflyasiya 7,2%-dək geriləyəcək.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2017-ci ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5% təşkil edib.
Bankın analitikləri hesab edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il uçot dərəcəsini dəyişməz saxlayacaq: “Buna baxmayaraq, AMB 2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək endirə bilər”.
L.Ə.