Azərbaycan maliyyə-kredit təşkilatları sırasında əldə etdiyi yüksək nəticələrə görə ilk onluqda qərarlaşan “Azər Türk Bank” bu günlərdə daha bir uğura imza atıb.
“MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən Bakıda təşkil olunmuş “Future is now” tədbirində “Azər Türk Bank” “MasterCard Platinum, Black Edition və World Elite kartlarının say miqdarını ən çox artıran bank” nominasıyasında qaliblər sırasında yer alıb. “Four Seasons” hotelində təşkil olunmuş təntənəli mərasimdə ölkədə “Premium” kartlarını ən çox emissiya edən banklardan biri olan “Azər Türk Bank”ın nümayəndələrinə “MasterCard” tərəfindən sertifikat təqdim olunub.
Qeyd edək ki, “Azər Türk Bank” “World MasterCard” komfortlu və tez-tez səyahət etmək istəyənlərin kartıdır. Belə ki, bu premium kart sahibləri “LoungeKey” – hava limanlarına VIP zallardan istifadə imkanı, “MC Concierge” – konsiyerj xidmətləri, “Travel Assistance” – xaricə səfər zamanı müxtəlif dəstək və yardım, “TRAVEL INSURANCE” – xaricə səfər zamanı müxtəlik risklərdən €50,000-dək sığortalanma və digər üstünlüklərə sahibdirlər.