Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Azərbaycanın yunan-Roma güləşçilərini Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu. Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - deyə nazir qeyd edib.
For the first time, the #U23 European #WrestlingChampionship is being held in Baku. Our national team has emerged as the European champions in Greco-Roman #wrestling for the first time ever, with the events concluding today. Members of our national team, including Ziya Babashov… pic.twitter.com/Ho6mKwUUsd
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 22, 2024
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- İli lider kimi bitirən güləşçilərimizə pul mükafatı təqdim edilib
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar