Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Luis Permuy ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın "İndra Sistemas" şirkətinin vitse-prezidenti Luis Permuy ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə "Indra Sistemas" şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib.
Qeyd edək ki, İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın "Indra Sistemas" şirkəti dünyanın 46 ölkəsində fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Indra Sistemas" şirkətinin vitse-prezidenti Luis Permuy ilə görüşüb.
Bu barədə nazir öz "X" hesabında paylaşım edib.
O bildirib ki, ikitərəfli əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələr, həmçinin şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
#İspaniya-nın "Indra Sistemas" (@IndraCompany) şirkətinin vitse-prezidenti Luis Permuy ilə ikitərəfli əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələr, həmçinin şirkətin #Azərbaycan-da fəaliyyətinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi apardıq.… pic.twitter.com/mTujTQIo6s
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 11, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Con Ardillə görüşüb
- Nazir: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- SOCAR və "Union Energy" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- Azərbaycan və İsrail investisiya əməkdaşlığının prioritetlərini müzakirə ediblər