Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 27%-dən çox olub. Bununla belə, birgə səylərin gücləndirilməsi qarşılıqlı ticarəti daha da artıra bilər.
Qonaqlara Azərbaycanın biznes və investisiya imkanları haqqında məlumat verilib və Şimali Makedoniyanın iş adamları fəal işbirliyinə dəvət olunub.
Tərəflər enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Azərbaycanda səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri cənab Afrim Qaşi ilə görüşməkdən məmnun olduq. Görüşdə ölkəmizin biznes və investisiya imkanları haqqında məlumat verdik. Enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirdik".
#Azərbaycan-da səfərdə olan Şimali #Makedoniya Respublikası Assambleyasının sədri cənab Afrim Qaşi (@AfrimGashi_) ilə görüşməkdən məmnun olduq. Görüşdə ölkəmizin #biznes və #investisiya imkanları haqqında məlumat verdik. #Enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq… pic.twitter.com/9YsJ1AxiwX
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 19, 2025