Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Mikayıl Cabbarov vergi xidməti işçilərinin peşə bayramını təbrik edib](https://images.oxu.az/2024/07/11/Zn144HXuj2QfzNoxmwP5ivNtrf2m8nDsKd4TfcBw:1200.jpg)
Mikayıl Cabbarov vergi xidməti işçilərinin peşə bayramını təbrik edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi işçilərinin peşə bayramını təbrik edib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.
"11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və vergi xidməti işçilərinin peşə bayramı ilə əlamətdardır. Ölkəmizdə reallaşan iqtisadi inkişaf strategiyası vergi sisteminin iqtisadi tənzimləmədə rolunu əhəmiyyətli şəkildə artırıb. Müasir vergi siyasəti fiskal öhdəlikləri yerinə yetirməklə yanaşı, sahibkarlığın inkişafını, biznes ekosisteminin təkmilləşməsini, sabit, şəffaf və rəqabətli fəaliyyəti, iqtisadi artımı və diversifikasiyanı təmin edən fəal iştirakçıdır. Vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.
Hörmətli vergi işçiləri, hər birinizə peşə bayramı münasibətilə təbriklərimizi çatdırır, işlərinizdə uğurlar və nailiyyətlər arzulayırıq. İqtisadi inkişafa töhfələriniz, ölkəmizin mənafelərinə sadiqliyiniz və fədakar əməyiniz üçün təşəkkürlər", - deyə paylaşımda qeyd olunub.
11 fevral Azərbaycanın #vergi orqanlarının yaranmasının 25 illiyi və vergi xidməti (@vergiler) işçilərinin #peşəbayramı ilə əlamətdardır. Ölkəmizdə reallaşan #iqtisadi inkişaf strategiyası vergi sisteminin iqtisadi tənzimləmədə rolunu əhəmiyyətli şəkildə artırıb. Müasir vergi… pic.twitter.com/d9VwPTdHQz
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 11, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- SOCAR-ın builki büdcəsi təsdiq olunub
- KOBİA-nın Müşahidə Şurasının iclasında 2025-ci ilə dair planlar müzakirə olunub
- Mikayıl Cabbarovdan güzəştli kredit alan sahibkarlıq subyektləri ilə bağlı paylaşım
- Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
- Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşüb